Kanadalı aktrisa, rejissor Atom Egoyanın həyat yoldaşı Arsina Xandcyan Ermənistanda tüğyan edən qanunsuzluqlardan dəhşətə gəlib.
Unikal.org xəbər verir ki, A. Xandcyan Xorenatsi küçəsində etiraz aksiyası zamanı saxlanılan fəallar arasında olub.
"Mən heç vaxt təsəvvür etməzdim ki, bu ölkədə belə şeylər baş verə bilər, bu cür qanunsuzluqdur, insan hüquqları bu qədər kobud şəkildə pozulur.
Mən Kanadaya geri dönəcəyəm və əlimdən gələni edəcəyəm ki, diaspora əsl həqiqəti, burada nələrin baş verdiyini və İrəvanın onları uzun illər ərzində necə aldatdığını bilsin. Bütün daspora Ermənistanda Sərkisyan rejiminin nə oyunlardan çıxdığını bilməlidir. O, getməlidir!, - deyə Arsina Xandcyan qətiyyətlə bəyan edib.