Qoç- çox əlverişli və münasib gündür. Nəzərinizdə tutduğunuz işləri başa vura biləcəksiniz. Məqsədə çatın, yolunuzdan sapmayın. Peşəkar fəaliyyət müstəvisində yaranan probelmlərin çözülməsini başqalarına həvalə etməyin. Rəqiblər və bədxahlarla müqayisədə daha ciddi uğurlara nail ola bilərsiniz.
Buğa- bilik, təcrübə və informasiyalar əldə etmək üçün yaxşı zamandır. Gələn məlumatları dəyərləndirin. Yeni tanışlıqlar istisna deyil. Münasibətlər sürətlə inkişaf edəcək, sizi sevindirəcək. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Orijinal ideyalar peyda olur.
Əkizlər- günün ilk yarısı çox uğurlu olacaq. Maraqlı görüşlər, işlərdə irəliləyişlər, gəlirlər istisna deyil. Ən çətin problemlərin öhdəsindən sürətlə gəlməyə, dürüst qərarlar qəbul etməyə çalışın. Kimsəyə imkan verməyin ki, sizi məqsədə aparan yoldan sapdıra bilsin. Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün münasib zamandır.
Xərçəng- yaşam potensialının səviyyəsi aşağı düşəcək. Yorğunluq hissi yaranacaq. İşləri yarımçıq qoyaraq istirahətə və ya daha yüngül işə can atmayın. Yaxınlarınız sizi anlamağa çalışırlar.
Şir- gün uğursuz başlanacaq. Günün ilk yarısında qıcıqlı, hətta aqressiv olacaqsınız. Yaxınlarınızla acı danışmayın, işdə münaqişəli vəziyyət yaratmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti minimuma endirin. Ehtiyatlı, diqqətli olun. Dəyər verdiyiniz nəsnəni itirə bilərsiniz.
Qız- sakit və məhsuldar gündür. Yaranan probelmlərin çözülməsi, görüləsi işlərin başa çatdırılması üçün əlverişlidir. İşdə indiyədək dil tapa bilmədiyiniz həmkarlarla münasibətləri normallaşdırın. Tərəfdaş və ya həmkarlarla fikir ayrılıqları yaransa belə, münaqişəyə yol verməyin. Konstruktiv müzakirə və diskussiya çərçivəsində qalın.
Tərəzi- mühüm qərarlar qəbul etmək olar. Yaxın gələcəklə bağlı planların reallaşmasına hazırlaşın. Axşam saatlarında ailə üzvləri ilə birlikdə istirahət edin. Qonaqlar gələcək.
Əqrəb- başladığınız işləri başa vurmağa tələsin. Son günlərdəki yarımçıq işləri bitirin. Müsbət təmayüllərin təsiri güclənsə də, bir müddət sonra problemlər yaranacaq. Çətinliklər sizi qorxutmasın. Sənədləri qaydaya salın. Bütün borcları ödəyin.
Oxatan- Qəfil gəlir və hədiyyələr istisna deyil. Günün ikinci yarısında ailə üzvləriniz və yaxınlarınız sizinlə razılaşmasalar da, münaqişələrə yol verməyin. Axşam saatları romantik görüş, sevdiyiniz insanla bir araya gəlmək üçün münasib vaxtdır.
Oğlaq- bu gün önəmli, vacib işlər üçün deyil. Belə işlərə başlasanız, diqqətiniz dağılacaq. Səhv riski həddən ziyadədir. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın. Ünsiyyət üçün əlverişli zamandır. Uğurlu alış-veriş istisna deyil.
Dolça- müvəffəqiyyətlərdən başgicəllənməyə məruz qalmayın. Səbrli, eyni zamanda təmkinli olun. Günün ikinci yarısında şirin vədlərə və boş sözlərə inanmayın. Ailə və məişət problemlərini birlikdə həll etmək daha yaxşıdır. Bütün məsuliyyəti üzərinizə götürməyin. Sənədlərlə iş zamanı diqqətli olun.
Balıqlar- səhər saatlarından etibarən işlərə aktiv başlayın. Süstlüyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz bütün vasitələrdən və metodlardan istifadə edin. Güclü yönlərinizi göstərin, nüfuzlu insanın təqdirini qazanın.