İrəvanda polislə toqquşma zamanı yaralanan etirazçıların sayı 60-a çatıb.

Unikal.org axar.az-a istinadən xəbər verir ki, bunu "Sputnik Ermənistan agentliyinə açıqlamasında Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytayan söyləyib.

Artıq sosial şəbəkələrdə də dünənki toqquşmanın yeni görüntüləri yerləşdirilməyə başlanıb.

Qeyd edək ki, bundan öncə polislə toqquşma zamanı Ermənistanda yaralanan etirazçıların sayının 30 nəfər olduğu haqqında rəsmi məlumat verilmişdi.