Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, onu təhqir etmiş şəxslərə qarşı məhkəmə iddialarını geri götürüb.
Unikal.org xəbər verir ki, 15 İyul zərbə cəhdində həyatını itirənlər üçün Beştəpədə təşkil olunan "Şəhidləri Anma" mərasimində onu təhqir edənlərlə əlaqədar bütün iddiaları bir dəfəlik olmaq üzrə geri çəkdiyini açıqlayıb. "Bu ana qədər mənə hər cür hörmətsizlik, təhqir edənlər olub. Bu dəfə onları bağışlayıram və şikayyətimi geri çəkirəm".
Ərdoğan onu təhqir edən bir insanı heç zaman bağışlamayacayını deyib:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın ZDF telekanalının aparıcısı Yan Bömermana qarşı şikayətindən imtina etmədi.
Ərdoğana həsr etdiyi təhqiredici şeri olub. Maynts şəhər prokurorluğu iddianın hüquqi şirkət vasitəsilə verildiyini təsdiqləyib.
Qeyd edək ki, martın 31-də ZDF telekanalında yayımlanan "Neo Magazin Royale" verişində komediya aktyoru və teleaparıcısı Y. Bömerman Ərdoğan haqqında "Alçaldıcı tənqid" adlı şer oxuyub. Bununla bağlı Türkiyə hökuməti Almaniya xarici işlər nazirliyinə nota verərək Y. Bömermann barəsində araşdırmamın başladılmasını tələb edib.