İrəvanın Azadlıq meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirilir.
Unikal.org-un "NEWS.ama istinadən verdiyi xəbərə görə, meydana çoxlu sayda etirazçı toplaşıb. Aksiyaya "Böhran Təşəbbüs Şurasının üzvü Albert Baqdasaryan rəhbərlik edir.
"Bu gün hətta müəyyən səbəblərdən tərəddüd edən vətəndaşlar belə ümumxalq hərəkatına qatılıb, - deyə o çıxışında bildirib.
Qeyd edək ki, iyulun 29-na keçən gecə İrəvanda polis binasını ələ
keçirmiş silahlı qrupa dəstək aksiyası zamanı baş vermiş toqquşmalar
zamanı 161 nəfər saxlanılıb, xəsarət almış 73 nəfər xəstəxanalara
müraciət edib. Polisin güc tətbiq etməsi nəticəsində 10-dək jurnalist
zərər çəkib.