Unikal.org-un "TASSa istinadən verdiyi xəbərə görə, bu barədə Sefilyanın yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, polis binasını ələ keçirmiş silahlılar məhz Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər.
Sefilyan yaranmış vəziyyətin nizamlanmasında orta məxrəcə gəlmək üçün
prezidentlə görüşməsinin vacib olduğunu qeyd edib: "Prezident Serj Sarkisyan
mövqeyini dəyişməyib və yalnız bir fikirdə israrlıdır: mənimlə görüşmək
üçün əvvəlcə silahlı qrup təslim olmalıdır. Mən əvvəlcə uşaqlarla
(silahlı qrupun üzvləri-red.), daha sonra Sarkisyanla görüşməliyəm,
bunun nəticəsində onlar silahı yerə qoya bilərlər. Amma mən prezidentlə
görüşməyincə polis binasını azad etməyəcəklər.