Ermənistan paytaxtında iyulun 17-dən post-patrul alayının binasını ələ keçirən bir qrup silahlı müxalifətçiyə dəstək aksiyası bu dəqiqələrdə davam edir.
Unikal.org Ermənistan mediasına istinadən bildirir ki, Yerevanın mərkəzində keçirilən mitinq iştirakçılarından biri üstünə benzin tökərək özünü yandırıb.
Orta yaşlarında olan kişi bu addımı prezident rezidensiyasının yaxınlığında, Baqramyan prospektində atıb. Aksiya iştirakçıları alovu söndürə biliblər. O, yanıq xəsarətləri alıb. Hadisə yerinə həkimlər çağırılıb.
Prezident rezidensiyasına tərəf yürümək istəyən aksiya iştirakçılarının qarşısını polis hər tərəfdən kəsib. Etirazçılar aksiyanı oturaq şəkildə davam etdirməklə bağlı müzakirə aparır.