"Heydər məscid"inə imam və axund təyin olundu
12:54 22-01-2016
CƏMİYYƏT
Bakıdakı "Heydər məscidinə" imam və axund təyinatı olub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, "Heydər məscidi" kompleksinin sədri Hacı Sabir Həsənli bildirib ki, müvəqqəti olaraq məscidə sünni təriqəti üzrə Hafiz Abbasov imam, şiə təriqəti üzrə isə Rüfət Qarayev axund təyin olunub.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təyin olunan hər şəxs Bakı İslam Universitetinin məzunudur.
S. Həsənli qeyd edib ki, hər iki din xadiminə məsciddə gündəlik ibadətlərin edilməsi, moizələrin oxunması və digər işlərin müvəqqəti icrası tapşırılıb: "Hər cümə günü qılınacaq vəhdət namazlarına isə bölgələrdən qazıların cəlb olunması barədə qərar vermişik. Şeyxülislamla bu barədə söhbət apardıq və qərar verdik ki, hər cümə bir bölgədən vəhdət namazlara rəhbərlik etmək üçün bir qazı cəlb olunsun".
Qeyd edək ki, "Heydər məscid"i Qafqazın ən böyük məscidi hesab olunur.
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42