
Zərdab rayon prokurorluğunun sabiq əməkdaşı Rüfət Səfərov azadlığa buraxılıb. Bu barədə onun atası Eldar Sabiroğlu məlumat verib. E.Sabiroğlu bildirib ki, onlar tərəfindən Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verilib: "Təxminən 1 saat əvvəl Binəqədi rayon məhkəməsind bizim vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə vəsatət təmin olundu və Rüfət ev dustaqlığına buraxıldı". Qeyd edək ki, sabiq prokuror rüşvət almaqda ittiham olunur.