"Nərimanovrayonunun sosial-iqtisadi inkişafının 2016-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
Unikal.org-a daxil olan məlumata görə, iclasını giriş sözü ilə açan başçı Abdin Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
A.Fərzəliyev cari ilin sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Ümumxalq səsverməsi - Referenduma hazırlıqla əlaqədar təşəbbüs qruplarının yaradılması üçün hazırda rayon ərazisində təşkilati işlərin həyata keçirildiyi, rayonda fəaliyyət göstərən seçki dairə və məntəqələrinin maddi-texniki vəziyyətinin öyrənilməsi istiqamətində müvafiq işlərin görüldüyü barədə məlumat verərək bu işlərdə müəssisə və təşkilatların kollektivlərinin yaxından iştirakının əhəmiyyətini qeyd etdi və hər zaman olduğu kimi Ümumxalq səsverməsinin (Referendum) də Nərimanov rayonunda şəffaf, demokratik və mütəşəkkil keçiriləcəyinə əminliyini ifadə edib.
İcra başçısı Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığını və artıq rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanıldığını da qeyd edib.
Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1578 daimi iş yerinin yaradıldığı qeyd edilib.
Rayon əhalisinin və rayon ərazisində fəaliyyət göstərən sahibkarları və iş adamlarını narahat edən problemlərin aradan qaldırılması və operativ qaydada həll olunması məqsədilə Rayon İcra Hakimiyyətinin nəzdində 16-43 nömrəli "Qaynar xətt xidmətinin fəaliyyət göstərdiyi vurğulanıb.
Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 1144 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 13 səyyar görüş və qəbullar zamanı edilən 129 müraciətdən 123-nün öz müsbət həllini tapdığı, 6-nın isə nəzarətə götürüldüyü nəzərə çatdırılıb.
Hesabat iclasının yekununda A.FərzəliyevNərimanovrayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ilin ilk yarısı ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.