Xaçmazın icra başçısı iddialara cavab verdi
21:48 22-01-2016
İQTİSADİYYAT
Şəmsəddin Xanbabayev: "İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsində heç bir nöqsan ola bilməz"
Xəbər verildiyi kimi, bəzi media qurumlarında Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsində nöqsanlara yol verildiyi ilə bağlı məlumat yayılıb.
Məsələni araşdırmaq üçün Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə əlaqə saxladıq.
İcra başçısı sualı gülüşlə qarşıladı və unikal.org-a açıqlamasında bildirdi ki, Xaçmaz Rayon İcra Hakimiyyəti haqqında gedən informasiyalar həqiqətə uyğun deyil: "Artıq neçə ildir ki, bu rayona rəhbərlik edirəm və hər zaman çalışmışam ki, mənə göstərilən etimadı doğruldum. Bunun isə yalnız bir yolu var, doğru-dürüst çalışmaq. Heç vaxt rəhbəri olduğum sahədə əyintilərə yol verilməsinə imkan verməmişəm, bundan sonra da bu cür davam edəcəyəm. Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsində heç bir nöqsan ola bilməz. Dövlət büdcəsinin hər qəpiyi dəqiqliklə xərclənib. Ona görə də bu cür cəfəng iddialara baş qoşmaq lazım deyil. Mən 76 yaşımda adıma, nüfuzuma, iş prinsipimə xələl gətirəcək hər hansı bir addımın atılmasına imkan vemərəm. Bu cür qeyri-dəqiq informasiyalar bizi yolumuzdan döndərə bilməz. Uzun illər Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında çalışıb, onun idarəçilik təcrübəsini öyrənmişəm. Bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əsgəri kimi öz vəzifə borcumu yerinə yetirirəm, bundan sonra da yetirəcəyəm. Onu da qeyd edim ki, ümumiyyətlə, Xaçmaz rayonu ilə bağlı yayılan bu cür əsassız məlumatlar rayon sakiləri tərəfindən də birmənalı qarşılanmır".
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17