"Yaşlanıram, qocalıram. Amma xanımımla tanış oldduğum gündə olduğum kimi gənc qalmaq istəyirəm. Buna görə də sürəkli məşq edirəm, rasiona fikir verirəm, sağlam həyat tərzi keçirirəm".
Unikal.org Daiyl Mail-ə istinadən bildirir ki, 56 yaşlı Donavon Nelson
fitnes təlimatçısıdır. O, 35 yaşlı xanımı Annanın yanında qoca
görünməmək üçün intensiv məşq edir.
London sakini, iki övlad atası D.Nelsonun sözlərinə görə, məşqləroə,
pəhrizlərə və ümumiyyətlə, zahiri görünühünün "gənc" qalmasına ildə
18600 funt-sterlinq xərcləyir.
"Məni görənlər əsla düşünməzlər ki, 56 yaşım var. Bu da mənə ləzzət
verir. Sağlam olmaq, gənc görünmək üçün usanmadan çalışıram. Bəzən
gülməli vəziyyət alınır. Dükanda mənə spirtli içki satmamışdılar ki,
yetkinlik yaşına çatmamışam", - Donavon söyləyib.
Donavonın üç məşqçisi var və o, həmin məşqçilərin hər birinə həftədə 300
funt ödəyir. Şirkətləri İsveçdə olan Donavon Nelson hər həftə "Ryanair"
aviaşirkətinin reysi ilə İsveçdən London6a uçur, hər həftə saç düzümünə
175 funt, palçıq maskalarına 84 funt, şampun və saç üçün vasitələrə 216
funt sərf edir.