Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Unikal.org AzərTac-a istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 0,58 dollar ucuzlaşaraq 39,52 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,51 dollar azalaraq 41,73 dollar olub.
"AzəriLayt markalı neftin bir barrelinin qiyməti isə 0,02 dollar ucuzlaşaraq 42,82 dollar təşkil edib.