Azərbaycan Beynəlxalq Bankının (ABB) bu il özəlləşdirilməsi real deyil.

Unikal.org xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı "Reuters"ə müsahibəsində deyib.

"Hökumət ABB-nin əksər problemlərini həll edib, lakin özəlləşdirmə prosesi müəyyən vaxt tələb edir. Bank 2016-cı ildə özəlləşdirilməyəcək", - deyə R.Aslanlı qeyd edib.