Azərbaycanda daha bir bank bağlandı
10:41 26-01-2016
CƏMİYYƏT
"Gəncəbank" məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə görə ləğv olundu
Azərbaycan Mərkəzi Bankı (AMB) "Gəncəbank" ASC-nin lisenziyasını ləğv edib. AMB İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank" ASC-nin bank lisenziyası ləğv edilib.
AMB-nın məlumatına görə, "Banklar haqqında" qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 25.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
Mərkəzi Bank bildirir ki, "Gəncəbank" ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Bir müddət əvvəl isə "Bank of Azerbaijan"ın lisenziyası ləğv edilib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edilib.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, 18.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
AMB bildirir ki, "Bank of Azerbaijan" ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Ötən ilin iyulunda isə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında "EvroBank" ASC-nin bank lisenziyasının ləğv edilməsi, "Azərbaycan Kredit Bankı" ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.
"EvroBank" ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməmişdi. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılmış, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib.
"Azərbaycan Kredit Bankı" ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcud olduğuna və bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağı olduğuna görə onun fəaliyyəti məhdudlaşdırılıb.
Mərkəzi Bankdan verilən məlumata görə, bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur. Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəlib.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42