Əgər doğurdan da o həmin uşağın anasıdırsa. Çünki, qadın nə özünü təqdim edib, nə də uşağın ona məxsus olduğunu təsdiq edən sənəd göstərib. Bütün suallara özünəməxsus cavab verən qadın əməlindən peşman olmadığını deyib.
Övladını 4 aydır qonşulara verərək geri dönməyən qadın nəhayət bu gün üzə çıxıb. O, Sabunçu Rayon Polis İdarəsinə gələrək övladını atmadığını və 4 ayın elə də uzun müddət olmadığını deyir.
Sualları cavablandırmağa elə də həvəsli olmayan qadın iddia edir ki, əslində o uşağını atmayıb uşağı verdiyi Qənirə İsmayılova onun övladına dayəlik edib. Bunun qarşılığında isə ona hər ay 150 manat pul ödəyib.
O həmçinin azyaşlının əsl adının Kənan İskəndərov olduğunu deyir. maraqlısı8 budur ki özünü təqdim etməyən qadın uşağın ona məxsus olduğunu təsdiqləyən hər hansı bir sənəd də təqdim etməyib.
Elədikləri azmış kimi o, etdiyi bu hərəkətin normal olduğunu bildirdi və özünə haqq qazandırır. Bu arada, azyaşlı dünən Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə Bakı şəhər 1 saylı Körpələr evinə aparılıb. Orda müayinə edilən körpənin sağlam olduğu və səhhətində heç bir problem olmadığı müəyyən edilib.
Sabunçu rayon Polis idarəsindən isə bildirildi ki, uşağın həmin qadının övladı olması barədə sənənd təqdim edildikdən sonra azyaşlı ona təhvil veriləcək.