ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə iyulun 5-də ABŞ prezidenti Donald Trampa məxsus Nyu-Cersi ştatının Bedminster şəhərindəki Tramp Milli Qolf Klubu üzərində məhdudlaşdırılmış hava məkanına daxil olarkən mülki təyyarəni ələ keçirib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, bu, bir gündə beşinci belə pozuntudur.
NORAD rəsmiləri bildiriblər ki, hərbçilər mülki pilotun diqqətini cəlb etmək üçün manevr ediblər və sonra onu təhlükəsiz şəkildə məhdudlaşdırılmış hava məkanından çıxarıblar.