Astara rayonunda yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Belə ki, kənd qəbiristanlığı ərazisində quru ot kütləsi qəfildən alışıb. Yanğın sonra Seyid Əhməd pirinə keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunaraq yanğın söndürülüb. 

Buna baxmayaraq pirin bir hissəsi və qəbiristanlıq yanğından zərər görüb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev