Milyarder İlon Mask ABŞ-ın Federal Seçki Komissiyasına (FEC) “Amerika” siyasi partiyasını qeydiyyatdan keçirmək üçün ərizə verib.

"Unikal" xəbər verir ki, sənəd agentliyin portalında dərc olunub.

Saytdakı məlumata görə, “Amerika” (AMEP) adlı partiyanın qeydiyyata alınması üçün ərizə iyulun 6-da göndərilib. Ərizə və sorğuların reyestrində sənəd hazırda “işlənməmiş” statusundadır.