Goranboyda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Belə ki hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.Bu zaman qəza yerində gələn iki minik maşını toqquşub.Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Fakt araşdırlır.
Tural Əhmədov