
Bakıda univermaq çöküb. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.
Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb. Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir.
Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Xəsarət alanlar xəstəxanalara aparılıb.