ABŞ-ın Oklahoma ştatında sərnişin qatarı avtomobillə toqquşub.

Unikal.org-un "ABC News-a istinadən verdiyi məlumata görə, incident Poto şəhəri yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində avtomobildə olan 4 nəfər ölüb, onlardan 3-ü uşaqdır. Bir nəfərin yaralandığı bildirilir.Qatarda olan sərnişinlərdən heç biri xəsarət almayıb.

İlkin versiyaya əsasən, avtomobilin sürücüsü dəmiryol xəttini keçməyə çatdıra bilməyib və qəza baş verib.