Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə unikal.org-a DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.