Bakıda yaşayış binalarının liftlərində xüsusi cihazların quraşdırılması nəzərdə tutulur.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə bildirib.
Cihazların quraşdırılması liftlərdə mümkün nasazlıqlara nəzarət etmək məqsədi daşıyır.
Mənbənin sözlərinə görə, hər hansı bir nasazlıq yarandığı halda cihazlar avtomatik olaraq məlumatı (evin ünvanı) mərkəzi idarəetmə sisteminə ötürəcək.
Cihazlar uğurla sınaqdan keçirilib və yaxın günlərdə "Bakı Lift-Təmir" İstehsalat Birliyinə təklif ediləcək.