İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verəcək. O, 1/8 finala çıxmaq üçün çinli Zao Minqqanqı yolundan kənarlaşdırmalıdır. Görüş saat 19:15-də start götürəcək.
Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verəcək. Təmsilçimiz saat 00:45-də başlayacaq döyüşdə irlandiyalı Oliver Coys Devid ilə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olacaq.