10 min dollara qədər olan istehlak kreditlərinə dövlət yardımı edilməlidirmi?
11:05 28-01-2016
CƏMİYYƏT
Deputat: "Təsəvvür edirsiz bu ölkədə hansı mənzərəni yaradar?"
"10 min dollara qədər olan istehlak kreditlərinə dövlət yardımı olsa bu digər kredit borclularının hüquqlarına toxunmuş olar". Bu sözləri isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun dollarla götürlmüş kreditlərlə bağlı fikrinə münasibət bildirərkən Milli Məclisin üzvü deputatı Zahid Oruc deyib.
Zahid Oruc bildirib ki, əgər 10 min dollara qədər olan istehlak kreditlərinə dövlət yardımı olsa bu digər kredit borclularının hüquqlarına toxunmuş olar: "Onların da ixtiyarı var desinlər ki, məsələn 20 min dollar kredit götürmüşük hazırkı borcumuz 10 min civarındadır nə üçün bizə tətbiq olunmur? Bu zaman hüququn başlıca prinsipi bərabərlik norması pozulmuş olur. Bir mühüm məsələ var ki, heç kəs buna toxunmur. Bu devalvasiya xarici valyutalarla işləyən qurumlar üçün müxtəlif vəziyyət yaradıb. Bir resurs kimi əlində bir milyon dollar olan hüquqi şəxslər və ya insanlar özlərinin manat konvertasiyasında il ərzində yüz faiz udmuş sayılır. Bunu biz bank sektoruna tətbiq edək. Faktiki olaraq əmanətçilər son bir ildə öz vəsaitlərini dollara çevirməyə cəhd göstərdilər. İndi əmanətçilərin 9 milyarda yaxın olan pulunun təxminən 7.2 milyardı dollarladı. Əgər insanlar vəsaitlərini ordan götürsə dollarla olanlarda itki olmayacaq. Ancaq manatla götürənlər müəyyən qədər uduzmuş sayılacaq. Əgər biz belə bir təkliflə çıxış etsək ki dollarla olan əmanətçilərin pulları əvvəlki məzənnə ilə hesablansın, həmin pulun məzənnə hissəsi dollar krediti olan insanlara yardım məqsədilə istifadə olunsun, təsəvvür edirsiz bu ölkədə hansı mənzərəni yaradar? Hətta ən yaxın qohumlar belə biri digərinə güzəştə razı olmayacaq. Ona görə də bu vəziyyətin tənzimlənməsi üçün mümkün model seçmək və bunu müzakirə etmək lazımdır. "
Deputatın sözlərinə gör, istehlak kreditləri ilə bağlı nazir Samir Şərifov da televiziyaya müsahibəsində bəyan etdi ki, əslində 25-27 faizlik kredit öhdəliyi dünyanın heç bir ölkəsində yoxdur: "Bu çox ağır şərtlərdi. Buna qədərki dövrdə vətəndaşlar bu faizlə banklara kifayət qədər xeyir veriblər. Ona görədə banklar formal birləşib müştərilər üçün güzəşt elan etsin. Amma banklar öz növbəsinə özlərini uduzmuş sayıllar. Artıq bir neçə bank fəaliyyətini dayandırır. Əslində maliyyə dövriyyəsi bir neçə milyard manat olan bir ölkə üçün 42 bank çox idi. Görünür transfarmasiya dövründə bəzi bankların birləşəcəyi və ya böyük kapitalı olan bankların da bağlanması zərurəti yaranacaqdı. Bunu faciyəyə çevirmək lazım deyil. Hesab edirəm ki, 10-15 güclü bank ölkənin real maliyyə yükünü çəkə bilər."
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35