Bakıda Türkiyə vətəndaşının ət kəsmə məntəqəsində mənşəyi məlum olmayan ət aşkar olunub.

Unikal.org report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkiyə vətəndaşı Ucal Ergün tərəfindən rayon ərazisində icarəyə götürülən "Ergün Ucal" ətkəsmə məntəqəsində mənşəyi məlum olmayan 200 kiloqram ət aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.