2001-ci il təvəllüdlü Teymur Həsənli ötən gün trosla özünü asıb. Qəsəbənin D.Vasif küçəsi, ev 113 ünvanında yerləşən avtotəmir sexində işləyən Teymur 8-ci sinif şagirdi olub.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Qəsəbənin Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbində təhsil alan Teymur yay tətili olduğundan qeyd edilən sexdə çalışırmış.
Əslən İmişli rayonundan olan Teymur ailəsi ilə birlikdə 3-4 il əvvəl Kürdəxanı qəsəbəsinə köçüblər. 15 yaşlı məktəblinin intihar etmə səbəbi ilə bağlı ilkin versiya da artıq yayılıb. Onun sevdiyi qıza görə canına qəsd etdiyi deyilir.
Musavat.com-un əldə etdiyi məlumata görə, Teymur onunla eyni məktəbdə oxuyan və 8-ci sinif şagirdi olan qızla sevgili imiş. Məlumata görə, bu sevgi qarşılıqsız olmayıb. Ancaq Teymurun intiharı seçməsinin səbəbləri müəmmalı olaraq qalır.
Teymurun qardaşı da eyni məktəbdə təhsil alırmış. Onun Seymur adlı qardaşı bu il məktəbin 9-cu sinfini bitirib.
Teymurun intiharında diqqəti çəkən məqamlardan biri onun oxuduğu məktəblə bağlıdır. 113 nömrəli məktəb artıq 5-ci intihar hadisəsi ilə gündəmə gəlir. Belə ki, 2014-cü ilin sonu və 2015-ci illər ərzində məktəbin 4 şagirdi eyni üsulla - özünü asmaqla canlarına qəsd etmişdilər.
Məktəbin şagirdlərindən olan 1998-ci il təvəllüdlüƏliyev Ceyhun Zaur oğlu2014-cü ilin dekabr ayında canına qəsd etmişdi.
Məktəbin 10-cu sinif şagirdiƏli Məmmədov2015-ci ilin fevralında intihar etmişdi.
6-cı sinif şagirdiRuslan Həsənovisə 2015-ci ilin aprel ayında asılmış vəziyyətdə tapılmışdı.
Adıçəkilən müəmmalı məktəb 2013-cü ildə də intihar xəbəri ilə sarsılmışdı. Məktəbin 9-cu sinif şagirdi, qonşu Məhəmmədi kənd sakini, 16 yaşlıPüstəxanım Quluzadədə özünü asmışdı.
Sonuncu hadisədən əvvəl baş verən digər intiharlarla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılmışdı. Ancaq bu barədə heç bir rəsmi məlumat verilməyib.
15 yaşlı Teymurun ölümü ilə bağlı da eyni maddə ilə cinayət işi açılıb.
Təqdim etdiyimiz fotolar 15 yaşlı Teymura aiddir.