Rio-2016 Yay Olimpiya Oyunlarının VI günün Azərbaycan yığmasının daha 6 üzvü yarışacaqlar.

Unikal.org-un məlumatına görə, bunlardan cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda digər 3 atletimiz mübarizəni davam etdirəcəklər.

Belə ki, boksçu Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda, kanoe slalomçu Yuri Meqliç yarımfinalda, idman gimnastı Oleq Stepko isə çoxnövçülük üzrə final yarışlarında qüvvəsini sınayacaq.