Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vurublar.

Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edib. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə qazaxıstanlı İvan Diçko ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışın V günündə аzərbaycanlı boksçu Kamran Şahsuvarlı 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.

Daha bir аzərbaycanlı boksçu Albert Səlimov 1/4 finala yüksəlib.

Apasport.az