"Freedom House"-nın Azərbaycana qarşı növbəti təxribatı
10:32 29-01-2016
CƏMİYYƏT
Ölkəmizlə bağlı qiymətləndirmə qərəzlidir, "Dağlıq Qarabağ"ın ayrıca dövlət kimi göstərilməsi isə təxribatdır
Qərbin və Avropada yerləşən siyasi təsisatların ölkəmizə qarşı ikili standartları davam edir. Buna misal olaraq "Freedom House"nin sonuncu hesabatında Azərbaycanı təməl azadlığın ən çox pozulduğu on ölkə siyahısına salmasını göstərmək olar.
"Freedom House" 195 ölkədə təməl azadlıqların durumu ilə bağlı hazırladığı "2016-cı ildə dünyada azadlıqlar" adlı hesabatında Əfqanıstan, Azərbaycan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan söz və ifadə azadlığının ən çox pozulduğu on ölkə siyahısına daxil edilib. Amma ölkəmizdən fərqli olaraq, Gürcüstan və Ermənistan qismən azad ölkə kimi qeyd olunub.
Sənəd müəlliflərinə görə, 2015-ci ildə dünyada azadlığın səviyyəsi aşağı olsa da, 195 ölkədən 86-sı, yəni 74 faizi hələlik azad ölkə olaraq qalır, 59 ölkə isə qismən azaddır. Yerdə qalan digər 50 ölkə isə qeyri-azad ölkələrdir.
Onu da qeyd edək ki, "Freedom House" Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində də "siyasi və vətəndaş hüquqlarına" qiymət verib. Sənədə görə, Ermənistan kimi, "Dağlıq Qarabağ da qismən azad ərazidir".
"Dağlıq Qarabağ"ın hesabatda ayrıca qiymətləndirilməsi isə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirilməlidir. Bu və digər amillər isə hesabatın reallığı əks etdirmədiyini və qərəzli hazırlandığını təsdiqləyir. Bu baxımdan təşkilatın hesabatı kifayət qədər qüsurludur. Bunu görmək üçün isə heç də mütəxəssis və ya "Freedom House"un tarixi haqqında məlumatlı olmağa ehtiyac yoxdur.
Dünyada kifayət qədər problemli, insan hüquq və azadlıqlarının pozulduğu ölkələr bu təşkilatın siyahısında müsbət qiymət alıblar. Hətta Azərbaycanın işğal edilmiş ərazisinə belə, qiymət verilib və qismən azad ölkə kimi dəyərləndirilib. Hesab edirik ki, beynəlxalq hüquq normalarına hörmət edən təşkilatın işğal edilmiş ərazini ayrıca bir dövlət kimi göstərməsi, "Freedom House"un siyasi mövqedən çıxış etdiyini göstərir. Həmçinin Azərbaycanı qeyri-azad ölkə hesab etdiyi halda, "Freedom House"un hesabatı Azərbaycanda azad şəkildə dərc olunur. Hansı ki, onların təqdim etdiyi azadlıq və hüquq anlayışına görə, Azərbaycanda bu haqda hər hansı bir məlumat olmalı deyildi.
"Freedom House"un hesabatında bəzi ölkələr, həmin ölkələrdə aparılan islahatlardan, insan hüquq və azadlıqlarının qorunmasından asılı olmayaraq, mənfi qiymət alıblar. Bu isə ilk növbədə həmin təşkilatın arxasında müəyyən maraqlı qüvvələrin durmasından irəli gəlir. Azərbaycanın işğal olunmuş ərazisinin ayrıca dövlət kimi göstərilməsində maraqlı olan qüvvələr də bu gün "Freedom House"u Azərbaycan haqqında mənfi rəy verməyə sövq edirlər. O ölkələr ki, Qərbdə müəyyən dairələrin maraqlarına uyğun hərəkət edirlər, yaxud onları öz təsirləri altına almağa çalışırlar, həmin ölkələr haqqında beynəlxalq aləmdə rəy yaratmağa çalışırlar.
Xatırladaq ki, Azərbaycan 1993-cü ildən bəri hüquqi-demokratik dövlətin quruculuğu istiqamətində inkişaf edib. Azərbaycanda azad mətbuata, azad sözə, insan hüquqlarına hörmət var. Ölkədə hakimiyyətə qarşı açıq tənqid var, müxalifət sərbəst şəkildə seçkilərdə iştirak edir. Qərəz və yalanın davamlı olaraq dövriyyəyə buraxılması isə "Freedom House"un imicinə mənfi təsirini göstərir. Artıq bu qurumun hesabatları nə ictimai rəy, nə də beynəlxalq reaksiya doğurmur. Bu gün Azərbaycan beynəlxalq birliyin fəaliyyətində açıq iştirak edən, beynəlxalq hüquq normalarını özü üçün ali norma kimi qəbul edən ölkələrdən biridir. Bu gün Azərbaycan iqtidarı da, cəmiyyəti də öz inkişafını bundan sonra da davam edəcəyini qəbul edir. Bu həm də onun göstəricisidir ki, "Freedom House" siyasi məqsədlər güdən siyasi təşkilata çevrilib. Halbuki, öz bəyanatına görə, qiymətləndirmələri maraq, rəyləri isə reaksiya doğuran bir təşkilat da ola bilərdi. Lakin "Freedom House" bu şansı çoxdan əldən çıxarıb.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58
2024-11-01 20:38:30
2024-11-01 20:02:03
2024-11-01 19:49:17
2024-11-01 19:35:09
2024-11-01 19:12:41
2024-11-01 18:43:13
2024-11-01 18:29:32
2024-11-01 18:17:19
2024-11-01 18:08:23
2024-11-01 17:54:00