XIN-dən beynəlxalq təşkilata etiraz
10:35 29-01-2016
CƏMİYYƏT
Hikmət Hacıyev: "Freedom House" növbəti dəfə Azərbaycanın suverenliyinə qarşı qərəzli mövqe nümayiş etdirib"
"Freedom House" qeyri-hökumət təşkilatının növbəti illik hesabatında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin ayrıca olaraq göstərilməsi birinci belə qərəzli hal deyil".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, əvvəlki illərə aid hesabatlarda da "Freedom House" tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bu cür qərəzli mövqe nümayiş etdirilib: "Ona görə də bu kimi açıq-aydın qərəzli münasibətin fonunda "Freedom House"un hesabatının Azərbaycanda medianın vəziyyətinə dair hissəsi heç bir halda obyektiv və ədalətli hesab oluna bilməz. Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimdə ümumiyyətlə azad mediadan danışılması qeyri-mümkün olduğu şəraitdə orada medianın azadlığına qiymət verilməsi və ya hansısa şərti ballarla qiymətləndirilməsi yalnız gülünc doğurur".
Xatırladaq ki, "Freedom House" illik hesabatında Azərbaycanı azad olmayan ölkə kimi qələmə verib. Hesabatda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ayrıca dövlət kimi göstərilib və qismən azad kimi qiymətləndirilib.
Fuad
Digər Xəbərlər
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58
2024-11-01 20:38:30
2024-11-01 20:02:03
2024-11-01 19:49:17
2024-11-01 19:35:09
2024-11-01 19:12:41
2024-11-01 18:43:13
2024-11-01 18:29:32
2024-11-01 18:17:19
2024-11-01 18:08:23
2024-11-01 17:54:00