Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edəcək.
Unikal.org apasport.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının üzvü Elmar Qasımov da mötəbər turnirə start verəcək.
100 kq çəki dərəcəsində çıxış edəcək təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Taqir Xaybullayev olub. Tbilisi və Samsun Qran-Prilərinin qızıl medalçısı olan Elmar Olimpiya çempionuna heç bir şans verməyib.
Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.

***
Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gələrək ona qalib gəlib. Bununla da növbəti mərhələyə-1/4 finala keçib.
***

E.Qasımov 1/4 finalda misirli Dərviş Ramazanla qarşılaşıb və ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu görüş cəmi 54 saniyə çəkib. Yarımfinalda Elmar Ukrayna idmançısı Artem Bloşenko ilə qarşılaşacaq.

***