Azərbaycanda qəribə hadisə baş verib.
Unikal.org baku.ws-ə istinadən məlumatına görə, paytaxt sakini 9 il sonra bankdan borc qəbzi göndərilib.
"NBC" bankın Sahil filialından göndərilən qəbzdə 11.08.2016 tarixinə qalıq borc kimi 0.01 AZN qeyd edilib.
Redaksiyamıza qəbzin fotosunu göndərən oxucumuz təəccübünü gizlətməyib. Vətəndaş bildirir ki, 9 il əvvəl 38 min AZN həcmində avtomobil krediti götürüb. Qısa müddət ərzində həmin borcu ödəyən müştəri bu yaxınlarda növbəti dəfə həmin banka müraciət edib.
Son nəticədə "NBC" bank müştəriyə qalıq borcunun olduğunu əsas gətirərək kredit verməkdən imtina edib.