Azərbaycanın akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 2 nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə B finalı (7-12-ci yerlər) yürüşünə qatılıblar.

Unikal.org "Report"a istinadən bildirir ki, təmsilçilərimizin rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev cütlükləri olub.
Aleksandr Aleksandrov - Boris Yotov duetiu mübarizəni sonuncu sırada başa vurub. Onlar 7 dəqiqə 24.030 saniyə göstəriciyə imza atıblar.
B finalının qalibi avstraliyalı cütlük (6 dəqiqə 58.030 saniyə) olub.