Xoşqədəm əsəbiləşdı: "Artıq yetər, mənimlə, ailəmlə..."
11:34 29-01-2016
CƏMİYYƏT
Aparıcı Xoşqədəm Hidayətqızı ana olmağa hazırlaşması xəbərinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, aparıcı hamilə olması ilə bağlı dərc olunan xəbərlərə bu cür münasibət açıqlayıb: "Əziz dostlar, həftələrdir ki, bəzi saytlarda istəmədən barəmdə dedi-qodular yazırlar. Türk mətbuatında yazılan və biz tərəfdən təsdiqlənməyən xəbərlər dolaşır. Bu məlumatı istədikləri hala salıb, xəbərə çevirirlər. Mənimlə bağlı yazı oxucu sayını artıra bilər. Amma bu xəbər bizim tərəfimizdən yayılmayıbsa, deməli biz istəmirik ki, ictimailəşsin. Hörmət göstərmək lazımdır. Həftələrdir eyni xəbəri yaymaqdan yorulmadınız? Məgər bu ölkədə xəbər ediləcək nəsə yoxdur? Artıq yetər, mənimlə, ailəmlə bağlı yazmağınızı istəmirəm. Lazım olsa, çalışdığım telekanala və ya saytına açıqlama verərəm. Bəzi içi kin-küdurətlə dolu insanlara demək istəyrəm ki, Allah sizə hidayət versin".
Digər Xəbərlər
2024-11-02 11:49:24
2024-11-02 10:59:26
2024-11-02 10:25:05
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58
2024-11-01 20:38:30
2024-11-01 20:02:03
2024-11-01 19:49:17
2024-11-01 19:35:09
2024-11-01 19:12:41
2024-11-01 18:43:13
2024-11-01 18:29:32
2024-11-01 18:17:19
2024-11-01 18:08:23
2024-11-01 17:54:00