Avqustun 19-dən 21-dək ABŞ-ın Kalaforniya ştatında budo döyüş növləri üzrə Dünya çempionatı keçiriləcəkdir.

Azərbaycan Budo Döyüş Növləri Federasiyasından (ABDNF) unikal.org-a verilən məlumata görə, yarışda ölkəmizi ümumilikdə 10 idmançı təmsil edəcək.


Milli komandamız ABDNF-nin prezidenti Faiq Rəfiyevin rəhbərliyi ilə mübarizə aparacaqdır.

Federasiyadan o da bildirilib ki, budo idmanın full-kontakt növü üzrə dünya çempionu Elgün Xanoğlanlı (56 kq) Azərbaycanı ilk dəfə UFC-də təmsil edəcək.

Artıq döyüşün keçirilməsi üçün Azərbaycan Budo Döyüş Növləri Federasiyasından (ABDNF) prezidenti Faiq Rəfiyev ABŞ-la danışıqlar aparıb və sənədlər imzalanıb. Komandanın Dünya çempionatında iştirakından sonra sentyabr ayının 22-də Las-Vegas Azərbaycanlı idmançı Elgün Xanoğlanlı (56 kq) UFC-də döyüşəcək. Artıq idmançımızın rəqibidə məlumdur. Onunla eyni çəkidə olan Reddoge adlı idmançı ilə döyüş keçirəcək.


Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Elgün Xanoğlanlı bunları deyib:

"Mən öncə növbəti dünya çempionu adını qazanmaq üçün yarışda mübarizə aparacam. Bununla belə, bütün idmançılar kimi mənim də ən böyük arzum UFC-də Azərbaycanı təmsil etmək və qalib gəlməkdir. Şükürlər olsun ki, Federasiyamizin rəhbəri Faiq Rəfiyevin sayəsində bu arzuma çatdım. İnşallah sentaybr ayının 22-də döyüşəcəm. Rəqibimin güclü olmasına baxmayaraq onunla ciddi mübarizə aparacam. Azərbaycan bayrağına UFC-də də dalğalandıracam. Bunun üçün mən dayanmadan çalışıram. Bütün günü zalda məşqlər edirik. İnşallah qələbə qazanacağıma əminəm.


Xatırladaq ki, Xaoğlanlı Elgün Çingiz oğlu 1992-ci ildə Füzuli rayonun Əhmədbəyli kəndində anadan olub. 2002-ci ildən karate idman növü ilə məşğul olub. 2006-2007-ci ildə əlbəyaxa döyüş, 2008-cü ildən budo idmanın full-kontakt növü ilə məşğuldur. Sözü gedən ildən Azərbaycan Budo Döyüş Növləri Federasiyasını (ABDNF) yarışlarda təmsil edir. 2009-cu ildə ilk budo döyüş növü üzrə ilk respublika çempionu olub. Bundan sonra Dünya və Avropa çempionu adını qazanıb. Budo idmanın full-kontakt döyüşü üzrə Beynəlxalq Dünya Kəmərinin sahibi, Dünya Kubokunun qalibi olub.