2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının növbəti yarış günündə Azərbaycanın 5 idmançısı çıxış edəcək.
Unikal.org-un məlumatına görə, bu gün əsas medal ümidlərindən sayılan güləşçilərin mübarizəsi başlayacaq.
Bakı vaxtı ilə saat 17:00-dan etibarən yunan-Roma güləşçiləri Rövşən Bayramovla Elvin Mürsəliyev döşək üzərinə çıxacaqlar. 75 kq çəki dərəcəsində yer alan Mürsəliyev 1/16 finalda misirli Mahmud Fevzi Rəşad Sebi ilə üz-üzə gələcək. Görüş saat 17:06-da başlanacaq. 59 kq çəkidəki Bayramov isə 1/8 finalda venesuelalı Rayber Xose Rodriges Orozkonu sınağa çəkəcək. Qarşılaşmanın start fiti saat 17:18-də çalınacaq. Saat 23:00-da təsəlliverici, saat 24:00-da isə bürünc medal və final görüşləri başlanacaq.
Saat 23:00-da qadın velosipedçi Olqa İsmayılova qadınlar arasında sprint yarışına qatılacaq. Reqlamentə əsasən, əvvəlcə 27 iştirakçının vaxt göstəricisini müəyyənləşdirmək üçün fərdi şəkildə təsnifat yürüşləri həyata keçiriləcək. Onlardan ilk 18-lik 1/16 finala vəsiqə qazanacaq, ən pis göstəriciyə malik 9 nəfər isə yarışla elə ilk mərhələdəcə vidalaşacaq. Avqustun 14-də bu növdə ancaq təsnifat, 1/16 və bu mərhələnin təsəlliverici yürüşü keçiriləcək. Avqustun 15-də 1/8 və təsəlliverici, avqustun 16-da isə 1/4, 1/2 və final yürüşü təşkil olunacaq.
Gecə saat 02:15-də boksçu Lorentso Sotomayor (64 kq) fransalı Hassan Amzili 1/8 final görüşündə sınağa çəkəcək. Bu, Sotomayorun ikinci görüşü olacaq.
Saat 03:00-da isə Teymur Məmmədov (81 kq) qazaxıstanlı Adilbek Niyazımbetovla 1/4 final görüşündə üz-üzə gələcək. Qələbə təqdirində, Azərbaycan millisinin bayraqdarı yarımfinala vəsiqənin sahibi kimi ən azı bürünc bürünc medalı təmin edəcək.
Qeyd edək ki, daha öncə Azərbaycan boksçularından Albert Səlimov (60 kq) və Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.
Bununla da 1/4 finalda mübarizəni dayandıran Albert Səlimov və Abdulqadir Abdullayevin ardından daha bir dağıstanlı legioner olimpiadanı medalsız başa vurub.