"Neftin qiyməti ilin əvvəlindəki minimumdan ($27) hazırda 74% çoxdur. Bəs nəyə görə manat hələ də ucuzlaşmaqda davam edir?"
Unikal.org-un məlumatına görə, qeyd suallı iqtisadçı ekspert İlham Şaban belə cavablandırıb:
"Azərbaycanın valyuta gəlirləri azalır və hökumət nə qədər qənaət rejimində işləmək istəsə də ehtiyatlar da azalır. İlin I yarısında MB və Neft Fondunun məcmu ehtiyatları $700 mln azalıb.
Bir faktoru da nəzərə almaq lazımdır ki, OPEC və İEA-nın proqnozlarına görə bu ilin II yarısında Azərbaycanda neft hasilatı gündəlik təqrinən 20 min barel azalmağa doğru gedəcək. Onlar isə bu informasiyanı Azərbaycan Energetika Nazirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində əldə edirlər. Demək, qarşıda Hökuməti daha mürəkkəb vəziyyət gözləyir. Bu baxımdan manatın kiçik porsiyaıarla əriməsi başadüşüləndir.
Burda isə Siz ölkənin neft gəlirlərinin necə kəskin azalması ilə tanış oıa bilərsiniz:
2011-də Neft Fondunun gəlirləri - $19.9 mlrd, 2014-də - $16.3 mlrd, 2015-də - $7.6 mlrd. Proqnoz 2016-ya - $4.5 mlrd.".