Azərbaycanda benzin ucuzlaşacaq?
12:01 02-02-2016
CƏMİYYƏT
İqtisadçı ekspert 1 litr benzinin 50 qəpiyə qədər ucuzlaşmasını mümkün sayır
Neftin dünya bazar qiyməti aşağı düşməyə başladıqdan sonra benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16, avro ekvivalentində Polşada 30, Norveçdə 22 faiz azalıb. Avrozonaya daxil olan əksər bütün dövlətlərdə yanacağın qiyməti aşağı düşüb. Lakin neftin qiymətinin kəskin azalmasına baxmayaraq ölkəmizdə benzinin qiyməti dəyişdirilməyib. Manatın dəyər itirməsindən sonra isə benzinin qiymətinin azaldılması məsələsi yenidən aktuallaşıb.
"Unikal" qəzeti xatırladır ki, benzinin ucuzlaşması ideyası ölkəmizdə də kifayət qədər populyardır və bu fikrin tərəfdarları durmadan artır. Bununla belə məsələylə bağlı rəsmi səviyyədə ya açıqlama verilmir, ya da benzinin ucuzlaşacağı halda bunun büdcəyə mənfi təsirlərinin ola biləcəyi qeyd edilir. Maraqlıdır, ölkəmizdə benzin ucuzlaşarsa dövlət büdcəsi bundan nə qədər itirə bilər? Ümumiyyətlə bu mümkündürmü, mümkündürsə mexanizm necə olmalıdır?
Mövzuyla bağlı mətbuata açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov indiki halda yerli istehsal olan benzinin qiymətinin 30 faiz ucuzlaşmasının mümkün olduğunu düşünür. Onun sözlərinə görə, benzinin 1 litrinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək: "Çünki benzinin ucuzlaşması digər sahələrdən qazanılan əlavə dəyərin artmasna imkan verəcək.
Əgər Tarif Şurası benzinə tətbiq edilən vergiləri azaltsa, benzinin ucuzlaşması mümkündür. Yanacağın və benzinin xərc strukturuna diqqət yetirsək bəlli olur ki, orada əsas xərc vergilərdir. Dövlət Neft Şirkəti üçün bir barel neftin orta qiyməti 15 dollardır. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiymətinin hansı həddə olmasından asılı olmayaraq, şirkətdə bir barel neftin xərci dünya bazar qiymətindən aşağı olduğu üçün benzinin qiymətinin endirilməsi bu qurumun gəlirlərinə təsir göstərməyəcək. Sadəcə olaraq, Tarif Şurası vergiləri azaltmaqla, benzinin qiymətinə müsbət təsir edə bilər".
Eskpert bildirib ki, bu, yeni yaradılmış dəyər hesabına alternativ olaraq başqa sektorlardan vergi ödənişlərinin həcmini artırmağa imkan yaradacaq: "Bu, vətəndaşların sosial vəziyyəti baxımından vacibdir. Ölkədə 1 milyon 200 mindən artıq avtomobil istifadəçisi var. Deməli, onların xərcləri azalacaq. Devalvasiyadan sonra ictimai nəqliyyatda xərclərin artımı baş verdiyində bu sektorda vəsaitlərə qənaət etmək mümkün olacaq. Çünki avtomobillərin ehtiyat hissələri xaricdən idxal olunur və onların qiymətində artımlar var.
Benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların xərcinin də azalmasına imkan verəcək. Aqrar sektora birmənalı şəkildə müsbət təsir göstərəcək. Çünki aqrar sektorda yanacaqdan çox istifadə edilir. Yanacağın ucuzlaşması həm fermerlər üçün yeni imkanlar yaradacaq, xərcləri azaldacaq, həm də istehsal olunan məhsulların qiyməti ucuzlaşacaq. Məhsullar ucuzlaşdığı üçün ixrac imkanları artacaq. Bu, həmçinin digər xidmət sahələrində də ucuzlaşmaya səbəb olacaq.
Qiymətləndirmələrimiz onu göstərir ki, benzinin ucuzlaşması başqa sektorlara müsbət təsir edəcək, həmin sektorlardan vergi ödənişlərinin həcmi artacaq. Nəqliyyatda, beynəlxalq yükdaşımalarda, iqtisadiyyatın digər sektorlarında büdcə ödənişlərinin həcminin artması avtomatik olaraq, benzinin ucuzlaşması ilə azalan birbaşa gəlirləri kompensasiya edir. Bütün bu iqtisadi əsaslandırmaları nəzərə alsaq, benzinin qiymətinə yenidən baxılması və aşağı salınmasını təklif edirəm".
Elvin
Digər Xəbərlər
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00