Şahin Mustafayevin nazirliyinə sensasion suçlama
12:01 02-02-2016
CƏMİYYƏT
İqtisadiyyat Nazirliyi istehlakçıların hüquqlarını qorumamaqda günahlandırıldı
Şahin Mustafayevin rəhbərolik etdiyi İqtisadiyyat Nazirliyi istehlakçıların hüquqlarını qoruya bilmədiyinə görə növbəti dəfə tənqid hədəfinə gəlib. Bu dəfə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə bir ittihamla çıxış edib.
"Dövlət qurumları istehlakçı hüquqlarının qorunması ilə bağlı artıq heç bir iş görmür" - deyə Azad İstehlakçılar Birliyinin sədri bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin ölkədə 2 il müddətinə bütün yoxlamaların dayandırılması ilə bağlı qərarından sonra İqtisadiyyat Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçı hüquqlarını qorumurlar.
Eyyub Hüseynov deyib ki, yanvar ayının ortalarından etibarən dövlət qurumları istehlakçı şikayətlərinə baxmır və bildirilir ki, şikayətlərlə bağlı məhkəməyə müraciət edilsin. Bu vəziyyət isə qanunsuz fəaliyyət göstərən sahibkarlara "qol-qanad" verib. Anti-sanitar fəaliyyət göstərən sexlərlə bağlı şikayətlər artıb. Məsələn, Azad İstehlakçılar Birliyinə sonuncu şikayətdə Bakıda çörək sexində sanitar-gigiyenik normalara riayət edilmədiyi bildirilib. E.Hüseynovun sözlərinə görə, aidiyyatı dövlət qurumları istehlakçı hüquqlarını qorumadığı üçün şikayətlər üzrə Baş Prokrorluğa müraciət edilir: "Bir neçə gün əvvəl 70 şikayətlə bağlı Baş Prokrorluğa müraciət etmişik".
E.Hüseynov hesab edir ki, sahibkarlıq müəssisələrində yoxlamaların dayandırılması istehlakçı hüquqlarının pozulmasına şərait yaratmamalıdır: "Prezident İlham Əliyevin sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı verdiyi qərar dövlət qurumları tərəfindən düzgün anlaşılmır. Nəticədə şikayətlərə baxılmır,istehlakçı hüquqları pozulur."
E.Hüseynov hazırda sahibkarlıq müəssisələrinə nəzarətin aradan qaldırılmasının təhlükəli olduğunu da vurğulayıb. Onun fikrincə, ölkədə epidemiya yarana bilər: "Nəzarətsiz qalan müəssisələr anti-sanitar şəraitdə, gigiyenik normalara riayət etmədən məhsul istehsal edirlər. Belə olan halda ölkədə epidemiya təhlükəsi artır".
Xatırladaq ki, Şahin Mustafayevin nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərir. Bu qurum inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını, əmtəə və xidmət (o cümlədən maliyyə xidmətləri) bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Amma onun fəaliyyəti uzun müddətdir KİV-in və müstəqil ekspertlərin əsas tənqid hədəflərindən biridir. Xüsusilə adıçəkilən qurumun istehlakçıların hüquqlarının müdafiəsi sayəsində lazımi təsirli addımlar atmaması daim tənqid olunur. Bununla belə, həmin tənqidlərdən gərəkldi nəticələrin çıxarılmadığı və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərin qaldığı göz önündədir.
Azad İstehlakçılar Birlyi sədrinin dedikləri də bu yazdıqlarımızın təsdiqi sayıla bilər. Aydın görünür ki, Şahin Mustafayev və onun nazirliyinin sözügedən məsələdə daha həssas davranması vacibdir. Əks halda gələcəkdə də oxşar tənqidlərin davam edəcəyinə heç bir şübhə yoxdur.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28