Rio Olimpiya Oyunlarında qızıl medal qazanan amerikalı üzgüçü Rayan Loxte və dostu Braziliyada qarət olunub. 

Unikal.org xəbər verir ki, onları polis geyimində olan quldurlar aldadaraq soyub.

Loxtenin pulları və telefonları əlindən alınıb.

İdmançı özü də bunu təsdiq edib: "Taksi ilə gedərkən polis geyimində 3-4 nəfər bizi saxladı. Əllərində silah da vardı. Qanundan kənar nəsə etmədiyimiz üçün şübhələndik. Amma silahı başımıza dayayaraq yerə yatmağımızı istədilər. Cibimizdə bahalı əşyalarımızı və pulumuzu götürdükləri zaman soyulduğumuzu anladıq.