Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir.

Unikal.org-un məlumatına görə, günə yığmamızın lideri Yana Alekseyevna start verib. 60 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısının "siftəsi 1/4 finala təsadüf edib. Təmsilçimiz yarımfinala vəsiqə uğrunda çinli Jinxua Yinlə döyüşüb. Alekseyevna gözlənilmədən ilk 3 raundu rəqibindən zəif keçirib. Son raunddakı üstünlük isə heç nəyi dəyişməyib və idmançımız məğlub olaraq mübarizəni dayandırıb.

Alekseyevnadan sonra daha bir boksçumuz - Elvin Məmişzadə (52 kq) Rioda debüt qarşılaşmasına çıxıb. Dünya çempionumuz 1/8 finalda Oljas Sattibayevlə üz-üzə gəlib. Hər 3 raundda rəqibini aşkar üstələyən boksçumuz qalib gələrək 1/4 finala vəsiqə əldə edib. Məmişzadə bu mərhələdəki görüşünü avqustun 17-də keçirəcək. Onun rəqibi özbəkistanlı Şaxobidin Zairov olacaq.