Avqustun 14-dən etibarən Belarusun Orşa şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama görüşündə qüvvəsini sınayıb.

Oyun meydan sahiblərinin qələbəsiylə nəticələnib - 1:0.
Toplanış çərçivəsində millimizlə Belarus yığması arasında daha bir yoxlama oyunu keçiriləcək.