Xəbər verdiyimiz kimi, Zaqatala Futbol Klubuna transfer olunan nigeriyalı legioner futbolçu məşq zamanı dünyasını dəyişib.
Unikal.org Kanal S-ə istinadən xəbər verir ki, Maykl adlı futbolçunun bir müddət öncə kluba transfer olunduğu billdirilir.
Klubun baş məşqçisiŞaban Şirdanovbildirir ki, ilkin ehtimallara görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub: "Dəhşətli hadisədir. Güclü futbolçu idi. Yaxın dostumuz idi. Adi məşq edirdi. Hətta 5 dəqiqə əvvəl su fasiləsi verdik. Hər şey qaydasında idi. Biz eşitmişdik ki, futbolda qəfil yerə yıxılaraq belə şeylər olur. Toqquşma olmadı. Birdən birə ayaqları bir-birinə ilişdi yıxıldı. Həkimlər gəldi və verdikləri rəyə görə, görünən odur ki, tropdan ölüm baş verib".
Klubun birinci liqaya hazırlıq məşqləri zamanı anidən dünyasını dəyişən futbolçunun sağlamlığında heç bir problemin olmadığı deyilir.