Moskva metropoliteninin "Myakinino" stansiyasının tikintisinin sərmayəçisi, "Crocus Group" şirkətinin prezidenti azərbaycanlı iş adamı Araz Ağalarov qeyd olunan obyektin bağlanması ilə bağlı heç bir ilkin yazılı bildiriş almadığını bildirib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə "TASS"a Araz Ağalarovun özü bildirib.

Onun sözlərinə görə, "Crocus Group" şirkəti stansiyanın mülkiyyətçisi deyil: "Şirkət stansiyanı öz mülkiyyətinə keçirtməyib, çünki metro özəl tərəfə məxsus ola bilməz, şirkət yalnız tikintinin maliyyələşdirilməsi ilə məşğul olub".

Qeyd edək ki, "Myakinino" stansiyası 26 dekabr 2009-cu ildə istifadəyə verilib. Stansiya "Krokus Siti" çoxfunksiyalı kompleks, "Krokus Ekspo" beynəlxalq sərgi mərkəzi, "Krokus Siti Holl" konsert zalı, "Krokus Siti Moll", "Veqas" və "Tvoy Dom" əyləncə-ticarət mərkəzlərinin bilavasitə yaxınlığında yerləşir.