Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 16-sı ilə müqayisədə 0,25% möhkəmlənərək 1,6164 manat təşkil edib.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,86% möhkəmlənərək 1,8212 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,8% bahalaşaraq 0,0253 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi 0,47% möhkəmlənərək 0,5508 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1055 manatdır. Beləliklə, funt sterlinq 1,19%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,59% artaraq 0,6949 manat təşkil edib.