Amerika fond bazarında Dow Jones indeksi 0,45% - 18552,02 bəndədək, S&P 500 0,55% - 2178,15 bəndədək, NASDAQ 0,66% - 5 227,11 bəndədək azalıb.
Unikal.org APA-ya istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% - 6 893,92 bəndədək, Almaniya DAX-ı 0,58% - 10 676,65 bəndədək, Fransa CAC-40-ı 0,83% - 4460,44 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 9,20 dollar ucuzlaşaraq 1347,70 dollara, gümüş isə 4,49 dollar ucuzlaşaraq 19,79 dollara satılıb.