Mingəçevirin keçmiş polis rəisinə yeni vəzifə verilib
10:31 04-02-2016
CƏMİYYƏT
Bir müddət əvvəl daxili işlər naziri Ramil Usubov tərəfindən Mingəçevir şəhər polis şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Ələsgər Bədəlova yeni vəzifə verilib.
Ə.Bədəlov "Azərişıq"ın Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinə yeni rəis təyin edilib. Keçmiş polis rəisi, ötən ilin noyabrında yaşına görə təqaüdə göndərilən Ələsgər Bədəlovun adı ictimaiyyətə yaxşı tanışdır. Ə.Bədəlovun adı ötən ilin avqustunda Mingəçevir Polis İdarəsində baş vermiş qalmaqallı ölüm hadisəsi zamanı gündəmə gəlmişdi. Onun rəis işlədiyi həmin dövrdə, avqustun 22-də Mingəçevir polisində Bəhruz Hacıyev adlı gənc ölmüşdü. Valideynləri və qərəzsiz müşahidəçilər Bəhruz Hacıyevin İdarədə aldığı işgəncələrdən həyatını itirdiyini bildirirlər.
"Azərişıq"dan Ə.Bədəlova vəzifə verildiyi təsdiqlənib.
Digər Xəbərlər
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59