Unikal.org xəbər verir ki, hadisəyə səbəb olan "Tolunay" adlı Türk istehsalı yük gəmisi, qəzadan sonra Sarıyer Kireçburnu sahilənə gətirilib.
Amma Sahil Təhlükəsizlik gəmisi suda batıb. Ekipaj üzvü 7 nəfər hərbiçidən ibarət olan gəmidə hadisə nəticəsində 3 nəfəri şəhid olub. 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Sahil Təhlükəsizlik Xidmətindən açıqlamada bildirilib: "Qara dəniz istiqamətinə gedən bir yük gəmisi saat 08.00 sıralarında Sarayburnu sahillərində Sahil Təhlükəsizlik botu ilə toqquşub. Toqquşmanın təsiri nəticəsində hərbiçilərin olduğu Sahil Təhlükəsizlik botu deşilib və gəmi suda batıb".